8 C
Baku
Monday, December 22, 2025

SOCAR bu ölkədəki rəsmi nümayəndəliyini bağlayıb

SOCAR mərkəzi ofisi Vyanada yerləşən Avstriyadakı rəsmi nümayəndəliyini bağlayıb.

Bu barədə nümayəndəliyin rəhbəri Gülmirzə Cavadov kütləvi informasiya vasitələrinə göndərdiyi məktubda bildirib.

O, nümayəndəliyin bağlanmasının SOCAR-da islahatların aparılması ilə bağlı olduğunu qeyd edib.

“SOCAR Trading” şirkətinin, həmçinin SOCAR-ın xarici ofisləri normal iş fəaliyyətini davam etdirəcək”, – deyə məktubda bildirilir.

Qeyd edək ki, SOCAR-ın bütün xarici nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə qərar 2015-ci ilin dekabrında qəbul edilmişdi.

SalamNews

Son xəbərlər
Digər xəbərlər