SOCAR-ın prezidenti Rövşən Nəcəf “Citibank”ın idarəedici direktoru, təmiz enerjiyə keçid üzrə qlobal rəhbəri və Böyük Britaniyada təbii sərvətlər üzrə rəhbər Kasi Şepörd ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Görüşdə ilk olaraq SOCAR-ın həyata keçirdiyi neft-qaz və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi, eləcə də kapital bazarlarına çıxış imkanları ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı, SOCAR ilə “Citibank” arasında uzunmüddətli əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və tərəfləri maraqlandıran digər məsələlər də nəzərdən keçirilib.
Tərəflər həmçinin enerji və maliyyə sektorlarında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını dəyərləndiriblər.