16 C
Baku
Thursday, March 28, 2024

SOCAR-ın dəstəyi ilə Avropada AXC-nin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümü münasibətilə 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi, bu əlamətdar hadisənin ölkə daxilində və xaricində qeyd olunması ilə əlaqədar Avropanın bir sıra şəhərlərində, o cümlədən, Lüksemburqda, Fransanın Strasburq, İsveçrənin Cenevrə şəhərlərində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Həmin tədbirlər zamanı təşkilatçı gənc fəallar – Kamal Dadaşov və Aydın Əhmədov yerli ictimaiyyət nümayəndələrinə, xarici tələbələrə və diaspora nümayəndələrinə AXC-nin yaranma tarixi, Azərbaycanın dövlətçilik ənənələri, XX əsrin sonlarında ölkənin öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçdiyi sürətli inkişaf yolu, neft strategiyası, İ.Əliyevin apardığı davamlı, müasir inkişaf, milli brend olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), əsrarəngiz turizm potensialı və milli-mədəni dəyərlər barədə məlumat verəcəklər.

Tədbirlər mayın 15-də Lüksemburqda, mayın 16-da Strasburqda mayın 18-də isə Cenevrədə təşkil olunacaq. Tədbirlərin sonunda panel dinləmələrin, ekspo sərgilərin həyata keçirilməsi, xatirə şəkillərinin çəkilməsi və həmçinin SOCAR və Azərbaycanın turizm potensialı barədə promo videoların, broşur və suvenirlərin, Azərbaycanın milli təamlarından ibarət furşet masasının tədbir iştirakçılarına təqdim edilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər