19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

SOCAR-da təyinat olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.

Bu barədə Banker.az-a yaxın mənbə bildirib.

Məlumata görə, aprel ayından başlayaraq Elnur Hüseynov İnsan resursları departamentinin direktor müavini təyin edilib.

O, buna qədər həmin departamentdə Karyera planlaşdırma və işçilərlə əlaqə şöbəsinin müdiri idi.

Elnur Hüseynov Biznesin idarə olunması ixtisası üzrə Böyük Britaniyanın Cardiff Metropolitan Universiteti , SOCAR-ın Xarici Təqaüd Proqramı ilə Edinburq Business Schoolda İnsan resurslarının idarə edilməsi ixtisası üzrə Magistr təhsili,  ABŞ-ın Corc Vaşinqton Universiteti və BHS ilə tədris edilən Layihələrin idarə edilməsi üzrə Master proqramı üzrə təhsil almışdır.

2020 04 30 16.02.58

Son xəbərlər
Oxşar xəbərlər