26 C
Baku
Saturday, July 27, 2024

SOCAR-da yeni ofis yaradıldı, Ruslan Əlixanov direktor təyin edildi

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə yeni ofis yaradılıb.

Banker.az xəbər verir ki, bu Müşahidə Şurasının 12 oktyabr 2021-ci il tarixində keçirilən iclasında qəbul edilib.

Qərara əsasən, SOCAR-ın Müşahidə Şurasının Koordinasiya Ofisinin yaradılması və həmin ofisə Müşahidə Şurasının üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.

Ruslan Şərafəddin oğlu Əlixanov 1976-cı il iyulun 9-da Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1995-1996-cı illərdə ABŞ-ın Missuri-Sent-Luis Universitetini, 2000-2002-ci illərdə isə Texas Universitetini maliyyə ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. 1998-2000-ci illərdə Dünya Bankında Xəzər dəniz regionunda energetika, kənd təsərrüfatı və maliyyə sahələri üzrə layihə mütəxəssisi qismində fəaliyyət göstərmişdir. 2000-2001-ci illərdə “Dell Computers” şirkətinin ABŞ ofisində strateji biznes meneceri olaraq çalışmışdır. 2001-2013-cü illərdə “McKinsey and Company” şirkətində müxtəlif vəzifələrdə çalışaraq həmin şirkətin Partnyoru vəzifəsinə yüksəlmişdir. 2013-2014-cü illərdə Mərkəzi və Şərqi Avropanın ən iri nəqliyyat şirkətlərindən biri olan “FESCO” şirkətinin prezidenti vəzifəsində çalışmışdır. 2014-2018-ci illərdə “Argo” investisiya şirkətinə rəhbərlik etmiş və logistika, İT, telekommunikasiya, kənd təsərrüfatı və turizm sahələrində xüsusi vəziyyətlər və aktivlərin idarəedilməsi ilə məşğul olmuşdur. 2018-2020-ci illərdə “Boston Consulting Group” şirkətinin Partnyoru və icraçı direktoru olmuş, o cümlədən MDB ölkələrində xüsusi vəziyyətlər üzrə ekspert qrupuna (BCG TURN) rəhbərlik etmişdir. 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin olunmuşdur.

 

 

Son xəbərlər
Digər xəbərlər