25 C
Baku
Saturday, July 27, 2024

SOCAR-da yeni təyinat olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat baş tutub.

Banker.az xəbər verir ki, Ağamməd İsgəndərov SOCAR-ın İnsan resursları departamentinin direktor müavini təyin edilib.

A.İsgəndərov 16 il yarımdır ki, SOCAR-da çalışır. 2005-ci ilin avqustundan 2013-cü ilin  fevralına qədər IT və kommunikasiya departamentində çalışmış, 2013-cü ilin fevralından 2020-ci ilin dekabrına qədər İşə qəbul və yerləşdirmə üzrə menecer, 2020-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər isə Sərmayələr idarəsinin rəis müavini vəzifəsində çalışmışdır.

 

Son xəbərlər
Digər xəbərlər