10 C
Baku
Wednesday, December 11, 2024

SOCAR daxili bazar üçün yeni istiqrazlar buraxır

Dövlət Neft Şirkəti (SOCAR) investorların ünvanladığı uzunmüddətli və çoxsaylı müraciətləri, böyük tələbatı nəzərə alaraq, bu il sentyabrın 20-də daxili bazar üçün yeni istiqrazlar buraxılacaq.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4.5%-dir və faizlərin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək.

SOCAR İstiqrazlarına abunə yazılışı bu ilin 20 sentyabr tarixndən başlayacaq və 10 gün müddətində davam edəcək. İstiqrazlara abunə yazılışında həm rezidentlər, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər iştirak edə biləcəklər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcəkdir (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.)

Son xəbərlər
Digər xəbərlər