14 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2003019893 |
İstiqraqzların növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
İstiqrazların sayı | 200,000 (ədəd) |
İlkin ticarət qiyməti | 1000 ABŞ dolları |
Buraxılış həcmi | 200,000,000 ABŞ dolları |
İllik gəlirlilik faizi | 6% |
Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) olmaqla |
Tədavül müddəti | 5 il |
Ticarətə buraxılma tarixi | İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra baş tutacaq. |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |