SOCAR 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98,2 mln. manat vəsait ödəyib.
SOCAR-dan agentliyə verilən məlumata görə, ümumiyyətlə, SOCAR tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215,882 mln. manat vəsait ödənilib.
Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10,992 mln. manat vəsait köçürüb. Bu ilin yanvar-fevral aylarında isə dövlət şirkəti tərəfindən DSMF-yə ödəniş 21,5 mln. manat təşkil edib.
APA- Economics