9 C
Baku
Friday, December 13, 2024

“SOCAR Downstream Management”in direktoru dəyişib

Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Downstream Management” MMC-nin direktoru Mustafa Mesut İlter vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik onun müavini Emil Aydın oğlu Alxaslıya həvalə olunub.

Xatırladaq ki, “SOCAR Downstream Management” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 501 min manatdır.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər