Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı ildə dövlət büdcəsinə 450 milyon manat dividend ödəməsi nəzərdə tutulur.
Bu barədə Hesablama Palatasının “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12 milyon manat və yaxud 2,6 % azdır.


                                    




