SOCAR-ın (ARDNŞ) investisiyalarvə marketinqüzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov 2019-cu ildə dünya bazarlarında neftin qiymətinin artım tendensiyasının qalacağını proqnozlaşdırır.
Banker.az bildirir ki, o bu barədə Azərbaycanın CBC telekanalına müsahibəsində deyib.
“Neftin bir barelinin $80 səviyyəsində hazırki qiyməti SOCAR üçün daha rahatdır. Lakin, fikrimcə, 2019-cu il ərzində karbohidrogenin (neft – İF), sonra da təbii qazın qiyməti daha da artacaq. Hesab edirəm ki, may ayınadək (2019-cu ilin – İF) biz artıq səkkizdən deyil, doqquzdan başlayan, həm də kifayət dərəcədə əhəmiyyətli rəqəmlər barədə söhbət edəcəyik”, – V.Bəylərbəyov müsahibəsində bildirib.
O qeyd edib ki, geosiyasi amil, ABŞ iqtisadiyyatının artımının sürətlənməsi, Asiya bazarında karbohidrogen xammalının istehlakının artımı dünya bazarlarında neftin qiymətinin artımının əsas səbəbi olacaq.
İnterfaks Az