12 C
Baku
Sunday, October 27, 2024

SOCAR Gürcüstanda bəzi tələbələrin təhsil haqlarını ödəyəcək

Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən Gürcüstanın ali məktəblərində təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı yeni qərar verib.

Banker.az Gürcüstanın yerli KİV vasitələrinə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstan nümayəndəliyi məlumat yayıb.

Məlumata əsasən təhsil haqlarının ödənilməsində tətbiq olunan yeni qərarlar əsasən tələbələrin toplayacağı qiymətlər əsasında dəyişəcək: «1+4» Təhsil proqramı üzrə oxuyan və birbaşa 1 – ci kursa qəbul olunmuş tələbələrin təhsil haqqının ödənilməsi üçün kriteriyalar.

2020-2021-ci tədris ilinin 1-ci semestrindən etibarən tələbələrin təhsil haqqı aşağıda yazılan kriteriyalara uyğun olaraq ödəniləcək:

1.) 2020-2021-ci tədris ilində Gürcüstan dövlət ali təhsil müəssisələrinin hazırlıq kursuna qəbul olunan tələbələrin təhsil haqqının ödənilməsində Vahid Milli İmtahan nəticələri əsas götürüləcək və qəbul imtahanının nəticəsi 30 baldan yuxarı olan tələbələrin adları təhsil haqqı ödənilə biləcək namizədlərin siyahısına salınacaq.

2.) 2020-2021-ci tədris ilində hazırlıq kurslarına qəbul zamanıVahid Milli İmtahan nəticəsi 30 baldan aşağı olan və bu səbəbə görə hazırlıq kursunun 1-ci semestri üçün təhsil haqqı ödənilməyən, amma semestri tələb olunan göstəricilər (1-ci semestrdə tam 30 kredit toplamalı və orta qiymət balı minimum 61 bal və ya 1.00 GPA) ilə bitirən tələbələrin təhsil haqqı ikinci semestrdən etibarən hal hazırkı yeni prinsiplər üzrə ödəniləcək.

3.) 2020-2021-ci tədris ilinin hazırlıq kursunun 1-ci semestrini bitirib, 2-ci semestrdə oxumağa davam edən tələbələrin təhsil haqqı,hazırlıq kursunun 1-ci semestrin nəticələri əsasında ödəniləcək. Belə ki, təhsil haqqının ödənilməsi üçün tələbə 1-ci semestrdə tam 30 kredit toplamalı və orta qiymət balı minimum 61 bal və ya 1.00 GPA təşkil etməlidir.

4.) Hazırlıq kursunun 1-ci semestrinin təhsil haqqı, müvafiq sessiyanın nəticələrinə əsasən ödəniləcək və bu halda, tam 30 kredit toplaya bilməyən tələbələrin təhsil haqqının ödənilməsi 1-ci kursun 1-ci semestrində təhsillərinin davamına başlayana qədər dayandırılacaq.

5.) 2020-2021-ci tədris ilində Gürcüstan dövlət ali təhsil müəssisələrinin 1-ci kursuna birbaşa qəbul olunan yeni tələbələrin təhsil haqqı 1-ci semestr üçün sessiya imtahanlarının nəticəsinə əsasən 61 orta qiymət balı və ya 1.00 GPA təmin edildiyi halda ödəniləcək.

6.) Əsaslı səbəb olmadan, (analıq məzuniyyəti, hərbi xidmət və s.) o cümlədən mövcud imtahan borclarını aradan qaldırmaq yolu kimi, universitet və ya fakultə dəyişən tələbələrin təhsil haqqı ödənilməyəcək.

7.) Hazırlıq kursunu bitirib 1-ci kursun 1-ci semestrində təhsilini davam etdirməli olan tələbələrin təhsil haqqı hazırlıq kursunun nəticələrinə əsasən ödəniləcək. Hazırlıq kursunu bir təhsil ili ərzində, 60 kredit toplamaqla, minimal 61 qiymət balı və ya 1.00 GPA ilə yekunlaşdıran tələbələrin təhsil haqqı ödəniləcək.

8.) 1-ci kursun 2-ci semestri və həmçinin növbəti kursların müvafiq semestrlərində oxuyan tələbələrin təhsil haqqının ödənilməsində əvvəlki semestrlərin nəticələri əsas götürüləcək. Hər semestr üzrə minimal 30 kredit toplayan və orta qiymət balı minimum 61 bal və ya 1.00 GPA təşkil edən tələbələrin təhsil haqqı ödəniləcək.

9.) Bakalavr pilləsindən məzun olmuş, ancaq universitetdə olan təhsil haqqı borcu səbəbindən diplom ala bilməyən tələbələrin təhsil haqqının ödənilməsi üçün lazımi 240 kredit, Tibb universitetinin məzunları isə 360 kredit toplanmalı və orta qiymət balı minimum 61 və ya 1.00 GPA səviyyəsində olması əsas şərt olaraq qəbul ediləcək.

10.) Yuxarıda göstərilən kriteriyalara cavab verən tələbələrə hər semestrin təhsil haqqı tam həcmdə və bir dəfə olmaqla: a.) Bakalavr pilləsinə birbaşa qəbul olan tələbələrə ümumilikdə 8 semestr üzrə (4 təhsil ili ərzində), b.) Bakalavr pilləsinə “1+4” təhsil proqramı ilə qəbul olan tələbələrə ümumilikdə 10 semestr (5 təhsil ili ərzində), c.) Tibb universitetinə birbaşa qəbul olan tələbələrə ümumilikdə 12 semestr üzrə (6 təhsil ili ərzində), d.) Tibb universitetinə “1+4” təhsil proqramı ilə qəbul olan tələbələrə ümumilikdə 14 semestr (7 təhsil ili ərzində) üçün ödəmə ediləcəkdir.

Son xəbərlər
Digər xəbərlər