Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz hasilatı və mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır.
Bunu SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova Bakı Enerji Forumunun II günündə bildirib.
“Neft-qaz hasilatı sektorunda layihələr portfelimizi inkişaf etdirir və genişləndiririk. Birləşmiş Ərəb Əmirliklərində neft layihəsində 3%-lik payın alınması bunun bariz nümunəsidir. Lakin biz hasilat və LNG sahələrində başqa layihələr də planlaşdırırıq”, – o vurğulayıb.