5 C
Baku
Saturday, December 14, 2024

SOCAR-ın hesbatı: Ceyhan limanından ixrac edilən neftin həcmi artdı

Oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 57,36 dollara,
Urals nefti 56,73 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 57,91 dollara satılmışdır.

Banker.az SOCAR-ın hesabatına istinadən yazır.

Sentyabr ayı ilə müqayisədə, ötən ay Ceyhan limanına olan neft ixracında artım olduğu halda, Novorossiysk limanından olan ixracın həcmi isə kiçilib.

SOCAR 2017-ci ilin oktyabr ayında Novorossiysk limanından 84 min 975 ton, Supsa limanından 261,4 ton, Ceyhan limanından 1 milyon 201 min 812 ton xam neft ixrac etmişdir. Ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 242 min 679 ton, Supsa limanından 2 milyon 13 min 209 ton, Ceyhan limanından 13 milyon 955 min 348 ton xam neft ixrac edilmişdir.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Son xəbərlər
Digər xəbərlər