16.8 C
Baku
Saturday, May 17, 2025

SOCAR I rübdə 500 milyon manatdan çox vergi ödəyib

Bu ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinin neft sektoru üzrə gəlirləri 3 860 milyon manat təşkil edib.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunun 59.2%-ni və yaxud 2 284 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 40.8%-ni və yaxud 1 576 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edib.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil olmuş vəsaitin 67.7 %-i və yaxud 1 545.7 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 22.5%-i və yaxud 513.1 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9.8 %-i və yaxud 225.2 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödədiyi mənfəət vergisi olub.

SSS

Son xəbərlər
Digər xəbərlər