7 C
Baku
Sunday, December 15, 2024

SOCAR ilə “Tatneft” arasında sənədlər imzalandı

Martın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC) baş direktoru Nail Maqanov ilə görüşüb.

Bu barədə SOCAR-dan bildirilib.

Səfər çərçivəsində SOCAR ilə “Tatneft” PSC arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair saziş və neft yatağında birgə işlərə dair anlaşma memorandumu imzalanıb, insan kapitalının inkişaf etdirilməsi və bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti, həmçinin “TANEKO” neft emalı və neft-kimya zavodu kompleksində, habelə “Tatneft” PSC-nin digər müəssisələrində istehsalat prosesi ilə tanış olub.

Son xəbərlər
Digər xəbərlər