18 C
Baku
Cümə, Oktyabr 22, 2021

SOCAR ilk rübdə 2 milyon tonluq neft hasil etdiyini bildirir

faizlere

2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 1.9 milyon tondan çox neft, 1.9 milyard kubmetrdən çox qaz hasil olunmuşdur.

Banker.azxəbər verir ki, bu barədə SOCAR-ın məlumatında deyilir.

Ölkə üzrə ümumilikdə 8.8 milyon tona yaxın neft və 10.4 milyard kubmetrdən çox qaz hasil edilmişdir. Qaz hasilatında artım ilin birinci rübündə davam etmişdir. Müvafiq dövrdə şirkət üzrə 7 min metrə yaxın qazma işləri həyata keçirilmişdir.

Birinci rüb ərzində SOCAR tərəfindən 4.5 milyon ton xam neft, 512 milyon kubmetrə yaxın təbii qaz ixrac edilmişdir. SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ümumilikdə isə ölkədən 7 milyon tona yaxın neft ixrac edilərək, tankerlərə yüklənmişdir.

2021-ci ilin 1-ci rübündə 5 milyard kubmetrdən artıq9 qaz ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə bağlıdır.

Şirkətin Azərbaycandakı emal kompleksində 1.4 milyon tondan çox neft, 1.1 milyard kubmetrdən çox təbii qaz emal olunmuşdur. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 669 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım əldə edilib ki, buna da əsasən dizel, bitum, koks, sürtkü yağları və neft-kimya məhsullarının ixracı hesabına nail olunub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər