26 C
Baku
Saturday, July 27, 2024

SOCAR-ın əməkdaşlarının sayı 7% azaldı [SİYAHI]

SOCAR-da çalışan işçilərin ümumi sayı açıqlanıb.

SOCAR-ın 2015-ci il üçün illik hesabatına istinadən xəbərə görə, ötən il SOCAR-da çalışan işçilərin orta siyahı sayı 52 576 nəfər təşkil edib. Bu da 2014-cü il ilə (56460 nəfər) müqayisədə 3 884 nəfər azalıb.

2015-ci il ərzində şirkət üzrə işçilərin orta siyahı sayının 3 884 nəfər (6,9%) azalmasının səbəbi SOCAR-ın idarəetmə mexanizminin təkmilləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə struktur dəyişikliklərinin həyata keçirilməsi ilə əlaqədardır.

Belə ki, ötən il ərzində işçilərin orta siyahı sayının 2014-cü ilə nisbətən azalması (3884 nəfər) müəssisələr üzrə aşağıdakı kimi olub:

– “Azneft” İstehsalat Birliyi üzrə – 405 nəfər;

– “Azəriqaz” İstehsalat Birliyi üzrə – 493 nəfər;

– “Azərikimya” İstehsalat Birliyi üzrə – 496 nəfər;

– Geofizika və geologiya İdarəsi üzrə – 90 nəfər;

– “Neft Kəmərləri” İdarəsi üzrə – 30 nəfər;

– İnformasiya Texnologiyaları və rabitə İdərəsi – 92 nəfər;

– H.Əliyev adına neft emalı zavodu üzrə – 764 nəfər;

– H.Əliyev adına Bakı dərin özüllər zavodu – 17 nəfər;

– Sosial İnkişaf İdarəsi üzrə – 223 nəfər;

– Təhlükəsizlik İdarəsi üzrə – 407 nəfər;

– “Qaz İxrac” İdarəsi üzrə – 143 nəfər;

– “Neftqaztikinti” tresti üzrə – 288 nəfər;

– “Kompleks qazma işləri” tresti üzrə – 207 nəfər;

– “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə – 59 nəfər.

APA

Son xəbərlər
Digər xəbərlər