14 C
Baku
Friday, November 22, 2024

SOCAR-ın $100 milyonluq istiqrazları satıldı – 754 investor sifariş verdi, tələb təklifi 4 dəfə üstələdi

1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100,000,000 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Abunə yazılışı zamanı 754 investor tərəfindən 761 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 4.5%, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 380,614,000 USD təşkil etmişdir.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100,000,000 USD təşkil etmişdir.

Yerləşdirmə üzrə baş anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər