11 C
Baku
Friday, October 25, 2024

SOCAR-ın büdcəyə ödədiyi verginin həcmi açıqlanıb

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) büdcəyə ödədiyi mənfəət vergisinin həcmi məlum olub.

Bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bildirilib.

Ötən il vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 8136.3 milyon manatı və ya 52.3 faizi qeyri-neft sektorunun, 7406.6 milyon manatı və ya 47.7 faizi neft sektorunun payına düşüb.

Neft sektoru üzrə vergi daxilolmalarının 27.2%-i və ya 2012.7 milyon manatı SOCAR-ın, 72.8%-i və ya 5393.9 milyon manatını isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər