8 C
Baku
Friday, December 13, 2024

SOCAR-ın dollar istiqrazları nominal dəyərindən $45 baha satılır – birjalarda son durum

Qiymətli kağızlar bazarında SOCAR-ın istiqrazlarının alış və satış qiymətləri bahalaşıb.

AZ2001019895 dövlət qeydiyyat nömrəli bu istiqrazların 2019-cu ilin sonuncu ayında  alış qiyməti $1,014.00 olduğu halda 3 mart 2020-ci il tarixdə $1,022.00 səviyyəsinə qədər artıb. Bu son 4 ay ərzində alışda $8 artım deməkdir. Bu barədə Banker.az məlumatı BFB-yə istinadən bildirir.

Artım istiqrazların satışında da müşahidə edilib. Qeyd edilən müddətdə $1,034.00 satıldığı halda, 3 mart 2020-ci il tarixinə $1,045.00 satılır. Bu isə $11 daha baha qiymətə birjalarda ticarət olunması deməkdir.

Ötən həftə ərzində birjada 128 istiqraz satılıb.

Məlumat üçünn bildirək ki, istiqrazın nominal dəyəri $1,000 müəyyən olunub və ödəniş faizi 5.00%-dir.

İstiqrazların son ödəniş tarixi isə 17.10.2021-ci ildir.

Son xəbərlər
Digər xəbərlər