Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ən çox gəlir əldə etdiyi ölkələrin siyahısı açıqlanıb.
Banker.az bu barədə Dövlət Neft Şirkətinin 2018-ci il üzrə konsolidə edilmiş audit hesabatına istinadən xəbər verir.
Hesabata görə, ölkələr bunlardır (Ölkə – Satış manatla – Öncəki illə müqayisə):
- İsveçrə – 94,503 milyard ( +20,2%)
- Azərbaycan – 6,624 milyard (+23,1%)
- Türkiyə – 4,972 milyard (+1,1%)
- BƏƏ – 2,352 milyard (+77,6%)
- Gürcüstan – 1,124 milyard (-5,2%)
- Digər ölkələr – 1,621 milyard (+20)






