Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR və ya ARDNŞ) 2019-cu il ərzində 651 milyon manat xalis mənfəət əldə edib.
Bu barədə Banker.az SOCAR-dan aldığı informasiyada deyilir.
SOCAR-ın gəlirləri 2019-cu ildə 83.75 mlrd. manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 24 mlrd. manat və ya 22% azalması deməkdir.
Satılan məhsulun maya dəyəri 77.96 mlrd. manat təşkil edib (2018: 102.03 mlrd.) ki, nəticədə dövlət neft şirkətinin ümumi mənfəəti 5.79 mlrd. manat (2018: 5.73 mlrd) təşkil edib.
Gəlirlər digə xərclərini qarşıladıqdan sonra SOCAR-ın xalis mənfəəti 651 mln. manat olub. Bu öncəki ildə 1.22 mlrd. manat idi ki, bu da 1.88 dəfə ötən il daha az mənfəət əldə etməsi deməkdir.
SOCAR-ın 31.12.2019-cu il tarixinə hazırlanmış maliyyə hesabatlarını beynəlxalq audit şirkəti Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy veriləndən sonra ictimaiyyətə təqdim olunub.