SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin oktyabr ayında ixrac etdiyi bəzi məhsulların həcmində artım var. Banker.az bu barədə, SOCAR-ın neft məhsullarının ixracına olan hesbatına istinadən xəbər verir.
Hesabata görə, Dövlət Neft Şirkəti ötən ay 37,6 min ton dizel satdığı halda oktyabrda bu rəqəm 51,1 min tonu ötüb. Lakin məlumat üçün bildirək ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqyisədə çox azdır. Belə ki, ötən il SOCAR 78,2, min ton dizel yanacağı ixrac etmişdi.
Ümumilikdə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 452 min 288 ton dizel yanacağı, 43 min 110 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 58 min 704 ton yüksək təzyiqli polietilen, 9 min 894 ton mütləqləşdirilmiş izopropil spirti, 50 min 306 ton maye piroliz qətranı, 31 min 384 ton propilen və 21 min 616 ton butilen butadien fraksiyası ixrac edilmişdir.
Benzin və dizel ucuzlaşıb
2017-ci ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 560,49 ABŞ dolları dolları olub. Halbu ki, bu ötən ayla müqayisədə 14,5 dollar ucuzlaşması deməkdir. Məlumat üçün bildirək ki, ötən ay qiymət 575,01 dollar idi.
Dizel yanacağının qiyməti də cüzi ucuzlaşraq 505,58 dollar olub. Bu rəqəm ötən ay 505,99 dollar idi.
Bundan əlavə oktyabrb ayı ərzində təyyarə yanacağının – 543,08 dollar, 1 faizli kükürdlü mazutun – 330,91 dollar, yüksək təzyiqli polietilenin -1235 dollar, butilen butadien fraksiyasının – 652,86 dollar, maye piroliz qətranının – 560,49 dollar, propilenin qiyməti – 860 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1282,50 avro təşkil edib.