21.7 C
Baku
Şənbə, Sentyabr 18, 2021

SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsi üçün 3 komitə yaradılıb

Screen Shot 2021 09 02 at 14.34.20

Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

Bu barədə Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verilir.

Məlumata görə, iclasda ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Holdinqin baş icraçı direktorunun müavini Zaur Qurbanov MŞ-nın fəaliyyətinin təşkili barədə təqdimatla çıxış edib.

İclasda Şuranın fəaliyyətində səmərəliliyin artırılması, Şirkətin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə, bu məqsədlə 3 komitə yaradılıb, rəhbərləri və korporativ katibi təyin edilib.

MŞ-nın və SOCAR-ın icra orqanının üzvləri arasında keçirilən görüşdə isə şirkətin 2021-ci il üçün maliyyə planı müzakirə olunub.

Xatırladaq ki, MŞ ölkə prezidentinin “Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər