8 C
Baku
Friday, December 13, 2024

SOCAR-ın iri şirkətinin idarə edilməsi Fərhan Əliyeva həvalə edildi – Nazirlikdən transfer!

Qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququna malik olan SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC-nin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Fərhan Əliyev Çingiz oğlu şirkətin baş direktoru təyin edilib.

O bu vəzifədə Fuad Əhmədovu əvəzləyib. F.Əhmədov isə xəbər verdiyimiz kimi SOCAR-ın vitse-prezidentinə müşavir təyin edilib.

Fərhan Əliyev 2008-2016-cı illərdə BP-də çalışsa da, son 8 ilə yaxın müddətdə Elm və Təhsil Nazirliyində departament direktorunun müavini idi.

Xatırladaq ki, “SOCAR Midstream Operations” şirkəti Azərbaycan Prezidentinin və SOCAR Prezidentinin göstərişi ilə qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil etmək məqsədilə, o cümlədən aşağıdakı məqsədlərlə 2015-ci ilin 1-ci rübündə SOCAR şirkətinin törəmə müəssisəsi kimi təsis edilib, 59.5 milyon manat nizamnamə kapitalı var.

  • Cənubi Qafqaz Boru Kəməri (CQBK), Bakı Tbilisi Ceyhan (BTC), Trans -Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərində (TAP) səhmdarlığın idarə edilməsini təmin etmək;
  • CQBK sisteminin gələcək kommersiya və texniki genişlənməsini asanlaşdırmaq (CQBKGG);
  • CQBK-nin Kommersiya İstismarçısı (Operatoru) rolunda çıxış etmək;
  • Qərb İxrac Boru Kəməri Marşrutu (QİBKM) ilə bağlı məsələlərdə “SOCAR Upstream Management International” şirkətinin texniki məsləhətçisi rolunda çıxış etmək;
  • TANAP layihəsinin texniki və kommersiya əməliyyatlarının idarə edilməsinə dair nəzarətin təmin edilməsi;
  • Mürəkkəb əməliyyat risklərini azaltmaq üçün ən yaxşı təcrübənin qəbul edilməsini və birləşdirilməsini təmin etmək
Son xəbərlər
Digər xəbərlər