14 C
Baku
Friday, November 22, 2024

SOCAR-ın işçi sayı azalıb – SİYAHI

2020-ci il üzrə SOCAR-da çalışan işçilərin orta siyahı sayı açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) illik hesabatında deyilir.

Məlumata görə, işçilərin sayı 50 968 nəfər təşkil etmiş və 2019-cu il ilə (51 092 nəfər) müqayisədə 124 nəfər azalmışdır.

Hansı qurumlarda artıb, hansılarda azalıb?

2020-ci il ərzində işçilərin orta siyahı sayı əsasən aşağıdakı qurumlar üzrə artmışdır:

  • Baş ofis üzrə – 19 nəfər;
  • “Azəriqaz” İstehsalat Birliyi üzrə – 31 nəfər;
  • “Neftqaztikinti” tresti üzrə – 18 nəfər;
  • Bakı Ali Neft Məktəbi üzrə – 27 nəfər;
  • “Təhlükəsizlik” İdarəsi üzrə – 13 nəfər;
  • Karbamid Zavodu üzrə – 85 nəfər;
  • Metanol zavodu üzrə – 11 nəfər;
  • Sənaye Təhlükəsizlik İdarəsi üzrə – 26 nəfər

2020-ci il üzrə işçilərin orta siyahisi əsasən aşağıdakı qurumlar üzrə azalmışdır:

  • “Azərikimya” İstehsalat Birliyi üzrə – 29 nəfər;
  • Əliyev adına neft emalı zavodu üzrə – 19 nəfər;
  • “Kompleks qazma işləri” tresti üzrə – 39 nəfər;
  • Qaz emalı zavodu üzrə – 8 nəfər;
  • “Qaz İxrac” İdarəsi üzrə – 49 nəfər;
  • Geofizika və geologiya İdarəsi üzrə – 89 nəfər;
  • “İnformasiya Texnologiyları və Rabitə” İdarəsi üzrə – 24 nəfər;
  • “Ekologiya” İdarəsi üzrə – 58 nəfər;
  • Təlim, tədris və sertifikatlaşdırma İdarəsi üzrə – 9 nəfər;
  • “Neftqazelmitədqiqatlayihə” institutu üzrə – 10 nəfər.
Son xəbərlər
Digər xəbərlər