27 C
Baku
Saturday, July 27, 2024

SOCAR-da işçilərin əməkhaqqı üzrə xərcləri 2 milyardı ötüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işçilərin əməkhaqqı, maaş və sosial müdafiə xərclərinin həcmi 2 milyard manatı ötüb.

Bu barədə Banker.az SOCAR-ın maliyyə hesabatında seqment məlumatlardakı göstəricilərə istinadla xəbər verir.

SOCAR-ın işçilərə çəkdiyi xərclərin həcmi 2020-ci il üçün 2 017 milyon manat olmuşdur. Bu da 2019-cu ildən 16% çoxdur.

Bu xərclərin 301 milyon manatını neft və qaz sahəsindəki işçilərin (öncəki il: 262 mln. manat), emalda 441 mln. manat (417 mln. manat), tikintidə 369 milyon manat (349 mln. manat), satış və paylaşdırmada 703 milyon manat (559 mln. manat), tədiqat və digər üzrə 319 milyon manat (307 mln. manat) olub.

 

 

Son xəbərlər
Digər xəbərlər