Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2023-cü ilin sonuna olan işçi sayı açıqlanıb.
Bu barədə Banker.az dövlət şirkətinin hesabatına istinadən xəbər verir.
Hesabata görə, 31 dekabr 2023-cü il tarixinə onun işçilərinin sayı 48 320 nəfər olub.
30 iyun 2023-cü il tarixinə onun işçilərinin sayı 47 899 nəfər olub.
2022-ci ilin eyni dövründə SOCAR-ın işçi sayı 48 042 nəfər olub ki, bu da illik müqayisədə 278 nəfər artım deməkdir.