2 C
Baku
Saturday, December 14, 2024

SOCAR-ın “Kompleks qazma işləri” tresti məhkəməyə verildi

“Create İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti AR DNŞ-nin “Kompleks qazma işləri” Trestini məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Qeyd edək ki, SOCAR-ın “Kompleks qazma işləri” tresti “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 saylı Fərmanı və SOCAR-nin 12 mart 2007-ci il tarixli 51 saylı əmri ilə yaradılmışdır.

Son xəbərlər
Digər xəbərlər