14 C
Baku
Friday, November 22, 2024

SOCAR-ın Malta və Afrikadakı payı olduğu şirkətlər yenidən zərər edib

2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Malta və eləcə də iki Afrika ölkəsindəki ofşor şirkətləri zərər edib.

Banker.az xəbər verir ki, Maltadakı törəmə şirkət “Electrogas Malta” ötən il ərzində 368 mln. dollar gəlir əldə etməklə ili 49 mln. dollar (öndəki ildə: 48 mln. dollar) zərərlə bitirib. SOCAR-ın bu şirkətdə 33% payı vardır.

Benindəki şirkət “Octogone” 5 mln. dollar gəlir əldə etməklə ili 1 mln. dollar (öncəki ildə də bu qədər idi) zərərlə bitirib. SOCAR-ın bu şirkətdəki payı 20%-dir.

Fildişi Sahilindəki şirkət “CI GNL” gəlirləri açıqlanmasa da illik zərərinin 2 mln. dollar (2019: 5 mln. dollar) olduğu məlum olub. Bu şirkətdə isə SOCAR 26% paya sahibdir.

 

 

Son xəbərlər
Digər xəbərlər