27 C
Baku
Saturday, July 27, 2024

SOCAR-ın neft-kimya kompleksinə 1.6 milyard dollar investisiya qoyulub

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın “Petkim” neft-kimya kompleksinə 2008-ci ildən etibarən qoyulan investisiyalar 1.6 milyard dollar təşkil edib.

Banker.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu “Petkim”in baş direktoru Anar Məmmədov deyib. O, bildirib ki, 3.6 milyon ton orta illik ümumi güclə 60-a yaxın növdə neft-kimya məhsulu istehsal edilir”.

A.Məmmədovun sözlərinə görə, “STAR” neft emalı zavodu istismara verildikdən etibarən “Petkim”in istehsal gücünün yüklənməsi 113 faizə çatıb.

Son xəbərlər
Digər xəbərlər