Yanvarın 29-da Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Boqdan, SOCAR şirkətinin (ARDNŞ) nümayəndələri və Dövlət Əmlak Fondunun rəhbərinin müavini Sergey İqnatovski Odessa Limanyanı Zavodunda (OLZ) olublar.
Bu barədə zavodun direktorunun birinci müavini Nikolay Şurikov məlumat verib.
“Kimya müəssisəsinin rəhbərliyi ilə görüş Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəyə investisiyaların cəlb olunmasına dair tapşırığının icrası çərçivəsində baş tutub”, – Şurikov cümə axşamı Facebook səhifəsində yazıb.
O, görüşün digər təfərrüatları barədə məlumat verməyib.
©İnterfaks-Azərbaycan