14 C
Baku
Saturday, November 16, 2024

SOCAR-ın payını satdığı şirkət ötən ili ₼1.27 mlrd. xalis mənfəət əldə edib

Kayman adalarında yaradılmış Cənubi Qafqaz Boru Kəməri (SCP) şirkəti 2022-ci ildə 2 mlrd. 247 mln. manat ekvivalentində gəlir əldə edib.

Banker.az bunu Dövlət Neft Şirkətinin illik audit hesabatına istinadən xəbər verir.

Bu da 2021-ci illə müqayisədə 343 mln. manat və ya 18 faiz artıb.

SCP-nin satışlarının maya dəyəri 541 mln. manat, 437 mln. manat mənfəət vergisi ödəmiş və nəticədə 1 mlrd. 272 mln. manat xalis mənfəət əldə edib.

2021-ci ildə şirkət 912 mln. manat xalis mənfəət əldə etmişdi.

Xatırladaq ki, SOCAR 2023-cü ilin martında “Cənubi Qafqaz Boru Kəmərindəki” 14.35 %-lik iştirak payını “Cənub Qaz Dəhlizi Midstream” MMC-yə ötürüb.

SCP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal Terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə paralel olaraq eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulmuşdur.Gürcüstana nəql edilən qaz Azərbaycan-Gürcüstan sərhədində yerləşən SCP-dən ayrılan qol vasitəsilə təmin edilir.

Burada, səhmdarlar “Cənub Qaz Dəhlizi Midstream” MMC (14.35%), BP (29.99%), LUKOIL (19.99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (6.67%).

Son xəbərlər
Digər xəbərlər