27 C
Baku
Saturday, July 27, 2024

SOCAR-ın qazma işlərini aparan müəssisəsi ötən il mənfəət əldə edib

SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş “SOCAR-AQS” MMC 2020-ci ili xalis mənfəət əldə edib.

Banker.az bu barədə ana şirkətin hesabatına istinadən xəbər verir.

SOCAR-AQŞ hesabat ilində 278 milyon manat gəlir əldə edib, 254 milyon manat isə xidmətin dəyəri təşkil edib ki, bu da şirkətin 24 milyon manat ümumi mənfəəti deməkdir. Bu da ümumi mənfəətin 44 milyon, yaxud 65% azalmasıdır.

Bildirək ki, SOCAR-AQŞ-nin gəlirlərinin həcmi 2019-cu illə müqayisədə 3 milyon manat artdığı halda, məhsulun maya dəyərinə çəkilən xərclərinin həcmi 47 milyon artmışdır.

Eneri şirkəti 2020-ci ildə 20 milyon manat köhnəlmə xərci, 13 milyon manat ümumi və inzibati xərcləri (2019: 19 mln. manat), 24 milyon manat sair gəlirləri (11 mln. manat), məzənnə fərqindən 11 milyon manat zərər, 7 milyon manat maliyyə xərcləri (4 mln. manat) olmuşdur. Beləliklə, vergiyəqədərki xalis mənfəət 17 milyon manat etmiş, buradan da 12 milyon manat vergi xərci etmiş və cəmi 5 milyon manat xalis mənfəət əldə etmişdir. 2019-cu ildə xalis mənfəətin həcmi 41 milyon manat idi.

“SOCAR AQS” MMC 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmişdir.

Hazırda birgə müəssisə dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və  ‘’Bulla’’ yatağında  6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Son xəbərlər
Digər xəbərlər