26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

SOCAR-ın qurumu böyük şirkəti məhkəməyə verib

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi ölkədə fəaliyyət göstərən böyük enerji tikinti şirkətinə qarşı iddia qaldırıb.

Banker.az xəbər verir ki, barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edilən şirkət “AZENCO” Açıq Səhmdar Cəmiyyətidir.

SOCAR-ın qurumu iddiası alqı-satqı müqaviləsi üzrə mübahisələrdən irəli gəlir.

“AZENCO” ASC 6 837 298 manat nizamnamə kapitalına sahibdir. Şirkət su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində “Layihələndirmə, tikinti və satınalma” müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir.

Bundan əlavə şirkət elektrik stansiyaları, yarımstansiya və elektrik verilişi xətlərinin bərpası üzrə müvafiq xidmətlər də təklif edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər