8 C
Baku
Sunday, December 22, 2024

SOCAR-ın rəhbərliyinə əməkhaqqı ödənişləri yarım milyon manat artıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezident və vitse-prezidentlərinə 2022-ci il ərzində 1 mln. 844 min manat ödənişlər edilib. 

Banker.az xəbər verir ki, bu barədə SOCAR-ın konsolidə edilmiş maliyyə hesabatında bildirilir. 

Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 502 min manat və ya 37.4% artma deməkdir. 2021-ci il 1 mln. 342 min manat həcmində baş rəhbərliyə ödənişlər edilmişdi. 

SOCAR-ın rəhbərliyinə prezidenti, onun I vitse-prezidenti və doqquz vitse-prezident daxildir. Dövlət şirkətinin rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.  

Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də şirkətin müəyyən şirkətlərində Direktorlar Şurasının üzvləri olduqlarına görə, ödənişlər almaq hüququna malikdirlər.  

3 iyun 2023-cü il tarixinə SOCAR-ın baş rəhbərliyi: 

  • Prezident – Rövşən Nəcəf 
  • Birinci vitse-prezident – Xoşbəxt Yusifzadə 

Digər vitse-prezidentlər 

    • Bədəl Bədəlov 
    • Daşqın İskəndərov 
    • Elşad Nəsirov 
    • Xalik Məmmədov 
    • Kənan Nəcəfov 
    • Rəfiqə Hüseynzadə 
    • Süleyman Qasımov 
    • Yaşar Lətifov 
    • Zaur Qurbanov 
Son xəbərlər
Digər xəbərlər