Dövlət Neft Şirkətinin payı olduğu “Sarmatiya” şirkətinin idarə heyətinə sədr təyin edilib.
Banker.az xəbər verir ki, Mixailo Kravçenko İdarə Heyətinin sədri seçilib. Şirkətin İdarə Heyəti səhmdarlar tərəfindən təyin edilir. Hər bir səhmdar İdarə Heyətinə bir üzv təyin etmək və onu geri çağırmaq hüququna malikdir.
Şirkətin qaydalarına görə, İdarə Heyətinin Prezidenti isə rotasiya prinsipi əsasında İdarə Heyətinin üzvləri arasından təyin olunur. Hazırda dörd səhmdarın nümayəndələri İdarə Heyətinin üzvləridir. Bildirilir ki, AB “Klaipedos Nafta” səhmdarı MPR “Sarmatia” sp. z o.o. şirkətinin İdarə Heyətinə nümayəndə təyin etmək hüququndan istifadə etməyib.
Mixailo Kravçenko Ukraynanın Kiyev şəhərindən “Ukrtransnafta” Səhmdar Cəmiyyətini İdarə Heyətində təmsil edir.
Bundan öncə İdarə Heyətinə Bożena Knipfelberg sədrlik edirdi. Şirkətdə SOCAR tərəfindən Vitali Bəylərbəyov təmsil olunur.
Qeyd edək ki, “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsi 12 iyul 2004-cü ildə Ukraynanın “Ukrtransnafta” və Polşanın “PERN Przyjazn” şirkətləri tərəfindən yaradılıb. “Sarmatiya”nın əsas iştirakçıları SOCAR (25,32 %), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (GOGC) (16,09 %), Ukraynanın “Ukrtransnafta” (28,79 %), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79 %) və Litvanın “AB Klaipedos Nafta” (1 %) şirkətləridir.
“Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas işi Xəzər dənizi regionundan Avropaya resursların tədarükünə xidmətlərin göstərilməsi olacaq. Brodı-Plotsk neft boru kəməri bugünkü gün Avrasiya Neft nəqli dəhlizinin çatışmayan əsas və yeganə hissəsindən biridir. Bu layihənin reallaşdırılması nəticəsində Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün əsas etibarlı marşrut əldə edəcəklər. Marşrutun uzunluğu 377 km təşkil edir ki, bu boru kəmərinin də 120 km məsafəsi Ukrayna, 257 km hissəsi isə Polşa ərazisində inşa ediləcək.