10 C
Baku
Bazar, Dekabr 5, 2021

SOCAR-ın satdığı neftin maya dəyərinin hər tonunda 5 manat azaldığını deyir

2020-ci ildə 1 ton neftin istehsal maya dəyəri 118.85 manat təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.97 manat və ya 4.0 % azalmışdır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) illik hesabatında deyilir.

Enerji şirkəti üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3.4%, əmək haqqı xərcləri 16.4%, sosial sığortaya ayırmalar 3.4%, amortizasiya ayırmaları 19.5 %, təmir xərcləri 9.1 %, texniki xidmət xərcləri 5.1%, nəqliyyat xərcləri 15.4%, mədən vergisi 8.1%, digər vergilər 5.7% və s. təşkil edir. Neftin nəqli və İstehsalat birliyinin digər xərcləri də nəzərə alınmaqla 1 ton neftin tam maya dəyəri 153.56 manat təşkil etmişdir.

2020-ci ildə 1000 kub metr qazın faktiki istehsal maya dəyəri 61.27 manat təşkil etmişdir ki, bu da keçən illə müqayisədə 0.62 manat və ya 1.0 % azdır.

Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3.4%, əmək haqqı xərcləri 13.9%, sosial sığortaya ayırmalar 2.9%, amortizasiya ayırmaları 18.2%, təmir xərcləri 8.2%, texniki xidmət xərcləri 4.7%, nəqliyyat xərcləri 14.5%, mədən vergisi 17.7% və s. təşkil etmişdir. Şirkət üzrə 1000 m3 əmtəəlik qazın maya dəyəri 2019-cu illə müqayisədə 0.62 manat (1.0%) azalmışdır.

SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, İstehsalat birliyinin digər xərcləri, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ƏŞ-dən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2020-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 140.24 manat təşkil etmişdir.

Hesabatda qeyd edilib ki, şirkət üzrə neftin və qazın maya dəyərləri azalmışdır. Neftin maya dəyərinin azalması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər xidmətlər üzrə xərclərin azalması hesabına baş vermişdir. Belə ki, material xərcləri 5 121 min manat (15.2%), elektrik enerjisi xərcləri 1 349 min manat (17.6%), əsaslı təmir və texniki xidmət xərcləri 25 795 min manat (17.8%), nəqliyyat xərcləri 15 656 min manat (10.8%), mədən vergisi 2 711 (3.9%), digər xidmətlər 6 150 min manat (10.5%) azalmışdır.

Qazın maya dəyərinin azalması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, amortizasiya xərclərinin, mühafizə xərclərinin azalması hesabına baş vermişdir. Belə ki, material xərcləri 2 214 min manat (16.0%), elektrik enerjisi xərcləri 1 206 min manat (43.4%), amortizasiya xərcləri 17 241 min manat (21.6%), mühafizə xərcləri 1 577 min manat (17.9%), digər vergilər üzrə 51 min manat (0.4 %) azalmışdır.

Son xəbərlər
Oxşar xəbərlər
X