28 C
Baku
Saturday, July 27, 2024

SOCAR-ın son illər zərər edən müştərək şirkətinin rəhbərliyi dəyişdi – təyinat

Neft-qaz sektorunda fəaliyyətdə olan və son maliyyə illərində zərərlə davam etdirən “Kaspian Drilinq Kompani Limited” MMC (Caspian Drilling Company – CDC) bundan sona yeni şəxsin rəhbərliyi altında idarə ediləcək.

Banker.az xəbər verir ki, Elçin Ağakişiyev Nadir oğlu “Caspian Drilling Company”nin baş icraçı direktoru təyin edilib. O, bu vəzifədə Farid Axundov Əflatun oğlunu əvəz edib.

Elçin Ağakişiyev 2018-2019 illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil Baş Departamentində Baş Müdürün Müavini, 2019-2020-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bəyannamə və Kameral Vergi Yoxlamalarına Nəzarət Baş İdarəsinin rəisi, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək isə Milli Gəlirlər Baş İdarəsinin rəis əvəzi və rəisi vəzifələrində çalışmışdır. O, 2022-ci ilin mart ayından isə SOCAR prezidentinin müşaviri vəzifəsində çalışır.

Ağakişiyev Azərbaycan Politexnik İnstitutunun Mühəndis-Mexanik ixtisası üzrə təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. O, 1993-cü ildə Böyük Britaniya, Londonda Satınalma və Təchizat İnstitutunda Beynəlxalq Satınalmalar üzrə, 1994-cü ildə isə Böyük Britaniya, Nottingham-da İdarəetmə üzrə, 1996-1997-ci llərdə Böyük Britaniya Warwick-də Biznes Magistrı üzrə magistr təhsili almışdır.

Xatırladaq ki, “Kaspian Drilinq Kompani şirkəti” 1996-cı ildə Bakıda təsis edilib, 285.85 mln. ABŞ dolları nizamnamə kapitalı var. Onun səhmlərində pay bölgüsü 92.44% və 7.56% ilə müvafiq olaraq SOCAR və “Union Grand Energy PTE LTD”yə məxsusdur.

Şirkət Xəzər dənizində ilk müştərək müəssisə kimi regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə yaradılıb.

“Caspian Drilling Company” 2022-ci ildə 99.74 mln. manatlıq xalis zərər edib. 2021-ci ildə onun zərəri 64.4 mln. manat idi.

Bu zərərdən sonra onun balansındakı illərin bölüşdürülməmiş mənfəəti 303.79 mln. manatdan 204.04 mln. manata düşüb. 2020-ci ilin əvvəli bu rəqəm 423.5 mln. manat idi. Əlavə olaraq 2020-ci ildə mənfəət əldə etmiş və səhmdarlara 123.8 mln. manat dividend elan edilmişdi.

Son xəbərlər
Digər xəbərlər