16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

SOCAR-ın təsdiqlənmiş neft ehtiyatları azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları azalıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.

Bildirilir ki, 2019-cu ilin sonuna şirkətin təsdiq edilmiş ümumi neft ehtiyatları 120 milyon 204 min ton olub. 67 milyon 179 min ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilən, 6 milyon 833 min ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilməyən, 74 milyon 12 min ton təsdiq edilmiş və işlənmiş, 46 milyon 192 min ton təsdiq edilmiş və işlənməmiş neft ehtiyatlarıdır.

Qeyd edək ki, 2018-ci ilin sonunda SOCAR-ın təsdiq olunmuş ümumi neft ehtiyatları 125.9 milyon ton təşkil edib. 71 milyon ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilən, 7.1 milyon ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilməyən, 78.2 milyon ton təsdiq edilmiş və işlənmiş, 47.6 milyon ton təsdiq edilmiş və işlənməmiş neft ehtiyatları olub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər