28 C
Baku
Saturday, July 27, 2024

SOCAR-ın törəməsi Gürcüstanda dövlətə məxsus 94 binanı satın alıb [məbləğ]

“SOCAR Georgia Gas” şirkəti Gürcüstanda dövlətə məxsus 94 binanı 24 177 326 lari (təxminən 8,4 mln. ABŞ dolları) müqabilində satın alıb.

Dövlətə məxsus 94 binanın satın alınması ilə bağlı hökumət tərəfdən fərmanı Baş Nazir Mamuka Baxtadze imzalayıb. Bu barədə APA-nın yeli bürosunun Gürcüstan mətbuatına istinad edilir.

Fərmana əsasən, Gürcüstanın Dövlət Əmlakı Qanununun 18-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, 24 177 326 lari məbləğində daşınmaz əmlakın “SOCAR Georgia Gas Ltd”yə birbaşa satışı həyata keçirilib. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə tabe olan Milli Əmlak Agentliyi qərarı yerinə yetirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək.

Gürcüstan dövlət büdcəsinə ödənişi həyata keçirmək üçün şirkətə 18 il vaxt verildiyi bildirilib.

Dövlətə məxsus binaların əsasən Zestafoni, Kaspi ve Lançxuti rayonlarında yerləşdiyi bildirilir.

Son xəbərlər
Digər xəbərlər