Bu ilin yanvar-iyul aylarında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu (NEZ) 6 402 432,313 ton neft idxal edib ki, bu da illik müqayisədə 15,5% çoxdur.
“2021-ci ilin yanvar-iyul aylarında zavod 5 541 618,025 ton neft idxal edib.
Xatırladaq ki, ötən il Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu (NEZ) 10 012 616,23 ton neft idxal edib ki, bu da illik müqayisədə 1% çoxdur.
Qeyd edək ki, NEZ-in əsas məhsullarını dizel yanacağı, təyyarə yanacağı, nafta, maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ-lə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.