8 C
Baku
Monday, November 18, 2024

SOCAR-ın Türkiyədəki NEZ-i neft məhsullarının ixracını 11 dəfədən çox artırıb

Bu ilin yanvar-fevral ayında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu (NEZ) 1 786 344.156 ton neft və neft məhsulları idxal edib ki, bu da illik müqayisədə 11.2% çoxdur.

2022-ci ilin yanvar-fevral ayında zavod 1 606 307.291 ton neft idxal edib.

Məlumata görə, hesabat dövründə NEZ 767 879.4 ton neft məhsulları ixrac edib ki, bu da illik müqayisədə 11.25 dəfə çoxdur.

Əlavə etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan göstərici 68 260.032 ton səviyyəsində olub.

Qeyd edək ki, NEZ-in əsas məhsullarını dizel yanacağı, təyyarə yanacağı, nafta, maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ-lə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər