Ötən il Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “STAR” neft emalı zavodunun (NEZ) istehsal gücündən istifadə göstəricisi 113%-ə çatıb.
Bunu “SOCAR Türkiyə” Baş İcraçı Direktoru Elçin İbadov bildirib.
O, STAR neft emalı zavodunun Türkiyənin neft məhsullarına olan tələbatının təxminən 25%-i ödədiyini bildirərək, STAR-ın 2022-ci ildə istehsal gücündən istifadə göstəricisinin 113% təşkil etdiyini qeyd edib.
“Bu gün STAR neft emalı zavodu 11 mln. ton xam neft istehsal edir və emal edir və emal məhsulları istehsal edir. Bu, Türkiyənin neft məhsullarına ehtiyacının təxminən 25%-i ödəyir. Təbii ki, bu kifayət deyil, amma biz bazarın xarici asılılığını əhəmiyyətli dərəcədə azaltdığımız üçün Türkiyənin cari hesab kəsirinə hər il 1 mlrd. dollara yaxın töhfə verməkdən qürur duyuruq”, – Elçin İbadov vurğulayıb.
Onun sözlərinə görə, neft emalı zavodlarının standart tutumdan istifadə nisbəti var, lakin effektiv planlaşdırma, dəyər yaratma təşəbbüsləri və yüksək səviyyəli mühəndislik həlləri ilə heç bir əlavə sərmayə qoymadan zavodun gücündən artıq məhsul istehsal etmək olar.
“Məsələn, 10 mln. ton standart gücümüz var, amma biz (ötən il – red.) 11.3 mln. ton istehsal edə bilmişik ki, bu da 113% gücün istifadə göstəricisidir”, Elçin İbadov deyib.