1 C
Baku
Saturday, December 14, 2024

SOCAR-ın Türkiyədən illik gəliri 2.3 dəfə artaraq 17.6 mlrd. manata çatıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR-ın 2021-ci ildə Türkiyədən əldə etdiyi gəlir düz 2.3 dəfədən çox artıb.

Bu barədə Banker.az dövlət şirkətinin illik audit rəyinə istinadən xəbər verir.

Rəydə qeyd edilir ki, SOCAR Türkiyədəki biznesindən 17 mlrd. 567 mln. manat ekvivalentində gəlir əldə edib. Bu 2020-ci ildə 7 mlrd. 618 mln. manat olub.

Rəyə görə ümumi 77 mlrd. 531 mln. manatlıq gəlirin 44 mlrd. 625 mln. manat ekvivalentində İsveçrədən (2020: 30 mlrd. 478 mln. manat), 7 mlrd. 804 mln. manatı Azərbaycandan (6 mlrd. 311 mln.), 2 mlrd. 937 mln. manat ekvivalenti Birləşmiş Ərəb Əmirliklərindən ( 2 mlrd. 223 mln. manat), 1 mlrd. 240 mln. manat ekv. Gürcüstandan (1 mlrd. 045 mln. manat) gəlib.

Son xəbərlər
Digər xəbərlər