5 C
Baku
Thursday, November 7, 2024

SOCAR-ın Türkiyəyə investisiyaları 13 milyard dolları ötüb

Aprelin 13-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüş keçirib.Görüşdə Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi və bu prosesdə SOCAR-ın rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb. 

Banker.az SOCAR-ın verdiyi məlumata əsasən, xəbər verir ki, SOCAR-ın aktivlərinin əhəmiyyətli bir hissəsinin Türkiyədə olduğunu qeyd edən R.Abdullayev şirkətin son illərdə qardaş ölkədə ümumi dəyəri 13 milyard dollardan artıq qiymətləndirilən investisiya layihələri reallaşdırdığını vurğulayıb.

O, həmçinin Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi strateji layihələrin də SOCAR tərəfindən daim dəstəkləndiyini, zəruri məqamlarda qardaş ölkəyə ehtiyac duyulan mütəxəssis təminatı göstərildiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər