Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) uzunmüddətli borc öhdəliklərinin həcmi 2023-cü ildə 12 milyard 127 milyon manat ekvivalentinə (və ya 12,127 mln. manat) yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə konsolidasiya audit hesabatında bildirilir.
Bu 2022-ci ilin sonunda 11 milyard 134 milyon manat idi.
Beləliklə, ötən il 993 milyon manat və ya 9% artımıdır.
ABŞ dolları ilə uzunmüddətli vəsaitlər 2023-cü ildə 9,763 milyon manatdan 10,905 milyon manata yüksəlib. ABŞ dollarındakı borclarının son ödəniş tarixi 2031-ci ildir.
Bununla belə, Avrozonanın vahid pulu olan avroda da borclar qalmaqdadır. Ötən ilin əvvəlində 1,124 mln. manat ekvivalentində olan borc öhdəliyi 1,068 mln. manata düşüb. Bu borcların son ödəniş tarixi 2027-ci ildir.
Cari ildə SOCAR bir sıra yerli və beynəlxalq banklar qarşısında 3,976 manat məbləğində qalıq borc öhdəliklərini ödəyib. Bu məbləğə 80 mln. manat məbləğində istiqraz ödənişləri daxildir.
2024-cü ildə sonra SOCAR maliyyə təşkilatlarından 2,529 mln. manat məbləğində yeni uzunmüddətli və qısamüddətli kreditlər əldə edib.