SOCAR-ın vitse-prezidentinin müşaviri yeni vəzifəyə təyin olunub.
Banker.az-ın məlumatına görə, SOCAR-ın vitse-prezidentinin müşaviri Kamal Dadaşov “McKinsey Azerbaijan”da Implementation consultant vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Kamal Dadaşov bundan əvvəl “Caspian Baltic” şirkətində Auditor, BDO Ukraynada məsləhətçi, Yelo Bankda risk departmentinin rəhbəri, SOCAR-da Maliyyə modelləşməsi şöbəsinin rəhbəri, Baş direktorun müavini və 2020-ci ildə isə SOCAR vitse-prezidentinə müşavir təyin edilmişdi.
O, Rouen Business School-da magistr təhsili, Emlyon Business School& University of St.Gallen-da MBA təhsili alıb.